"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "qartallar" yenidən təcrübəli mütəxəssis Şenol Günəşə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu postda Valerian İsmaili əvəzləyib.
Komandaya 2015-2016 və 2016-2017 mövsümlərində Superliqa çempionluğu qazandıran Günəş, 3 illik fasilədən sonra "Beşiktaş" qayıdıb.
Klub bununla bağlı video yayımlayaraq, "Yeni zəfərlər üçün, yenə, yeni, yenidən evinə xoş gəldin Şenol Günəş” sözləri ilə ictimaiyyətə mesaj verib.
Klub mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzaladıqlarını açıqlayıb.
Səbuhi Həsənov