Xəbər lenti

Beşiktaş-Qalatasaray matçında qarşıdurma
İdman04:58 23.09.2013

Beşiktaş-Qalatasaray matçında qarşıdurma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Beşiktaş-Qalatasaray matçının uzatma dəqiqələrində qarşıdurma baş verib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Qalatasarayın 2-1 üstünlüyünün davam etdiyi vaxtda 90+2 dəqiqədə Felipe Melonun qızmızı kart alması tribunalardakı azarkeşləri hərəkətə gətirib.

Müdafiə kartonu arxasındakı bir qrup qara-ağlar futboı meydançasına daxil olub. Onlar əllərindəki oturacaqları "Hər yer Taksim, hər yer dirəniş" deyə çağırışlar edərək mühafizə dəstələrinə atıblar.

Bundan sonra mühafizə dəstələri qarşıdurmanın qarşısını almaq üçün fəliyyətə başlayıb.

Qarşıdurma səbəbindən oyun sona çatmamış təxirə salınıb.

Trend