Bazar ertəsi, dekabrın 11-də Fransa kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, PSJ altıncı divizionun həvəskar klubu – "Revel”lə qarşılaşacaq.
Həvəskar komanda püşkatmanın canlı yayımını izləyib. Futbolçular və klub rəhbərliyi püşkdə bəxtlərinə PSJ-nin düşdüyü üçün inanılmaz reaksiya
veriblər.
"Revel” nümayəndələrinin reaksiyasının videosu günün videosuna çevrilib.
Parislilərin mətbuat xidməti videoya belə cavab verib: "Fransa kubokunun sehri. 2024-cü ildə görüşənədək!”
Nizami Bağırov