Ölkə 11:43 29.12.2022

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib. O bildirib ki, Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq, aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb:

"Hazırda səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi”.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Bahar Rüstəmli