Ölkə 23:42 29.12.2022

Bəxtiyar Hacıyevin məhkəmədən fotosu

Bu gün Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb.

Bugünkü məhkəmədən görüntülər sosial mediada paylaşılıb.

Vəsatətin təmin olunub-olunmaması ilə bağlı məhkəmə qərarı isə hələlik açıqlanmayıb.

Həmin fotonu təqdim edirik:



Qeyd edək ki, ictimai fəalın ev dustaqlığına buraxılması ilə bağlı daha əvvəl bir neçə dəfə vəsatət verilsə də, təmin olunmayıb.

B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. 

Xatırladaq ki, B.Hacıyev 2 həftədir davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırıb.//qafqazinfo.az