Xəbər lenti

Bəxtiyar Vahabzadə -88
Ölkə09:32 16.08.2013

Bəxtiyar Vahabzadə -88

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bəxtiyar Vahabzadənin 88 yaşı tamam olur.

2009-cu ildə dünyasını dəyişsə də, ruhən həmişə insan mənəviyyatı, vətən təəssübkeşliyi kimi mənəvi dəyərlərinə indi də keşik çəkməkdədir. Xalq şairi B. Vahabzadə təkcə Azərbaycanda deyil, bütün türk dünyası, Turan ellərinin ən sevilən şairlərindən idi. Hətta ölümünə yaxın, xəstə ikən ona baş çəkən türkiyəli qonaqlar şairin hər dəfə Türkiyə adı çəkiləndə ağladığını kövrək bir xatirə kimi nəql edirlər. 70-dən çox şeir kitabının müəllifi olan Bəxtiyar Vahabzadə insan və zaman, insan və etiqad, düşüncə və bəşəriyyət, köklər-budaqlar, atalar-oğullar kimi  dünyəvi mövzulara ölümsüz rənglər qatıb.

Qaynar.info