Xəbər lenti

"Bəy Hotel" qanunsuz reklam yerləşdirdi, sahibi 1500 AZN cərimə olundu
Ekonomiks13:50 24.11.2023

"Bəy Hotel" qanunsuz reklam yerləşdirdi, sahibi 1500 AZN cərimə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən "Bəy Hotel" barəsində protokol tərtib edilib. 
Qaynarinfo-nun məlumatına görə, protokolun tərtib olunmasına səbəb Səbail rayonu, Salyan şossesində yerləşən "Bəy Hotel” adlı obyektin üzərində 23 oktyabr 2023-cü il tarixli, saat 11:10-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktının aşkarlanması olub.
"Bəy Hotel” sahibinə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə otel sahibi inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə olunub.
Əhməd