FIFA Klublararsı dünya çempiontının yarımfinalında "Real" Yaponiya təmsilçisi Asiya Çempionlar Liqasının qalibi "Kaşima Antlers"lə qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabidəki "Zayed Sports Stadion"da baş tutan görüşdə Madrid klubu 3:1 hesabı ilə qələbə qazanaraq, finala adın yazdırıb.
"Real"ın hər 3 qolunu uelsli ulduz Qaret Beyl rəqib qapısından keçirib. Bununla da Beyl adını tarixə yazdırıb. O, Kriştiano Ronaldo və Luis Suaresdən sonra klublararası dünya çempionatında het-trik edən 3-cü futbolçu olub.
"Real" dekabrın 22-də finalda BƏƏ təmsilçisi "Əl-Əyn"lə qarşılaşacaq.