Xəbər lenti

Bəylə gəlin toy günü qəzaya düşdü
Ölkə 15:08 04.06.2025

Bəylə gəlin toy günü qəzaya düşdü

Oğuzun Xaçmaz kəndində bəylə gəlin qəzaya düşüb.

Qaynarinfo-nun məlumatına görə, 2001-ci il təvəllüdlü Emin Feyzullayev "Hyundai" markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb.

Hadisə nəticəsində sürücü və 2 sərnişini - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıblar.

Hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->