Xəbər lenti

Beyləqanda maşın rayonun giriş qapısına çırpıldı - Yaralılar var
Ölkə13:01 18.05.2025

Beyləqanda maşın rayonun giriş qapısına çırpıldı - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Qarabağ bürosu xəbər verir ki, "Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini rayonun rəmzi giriş darvazasına çırpıb.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu yaralanaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.