
Beyləqan rayonunun Kəbirli kəndində VAZ-2107 markalı avtomobillə qəza törədilib və bu zaman yol kənarındakı qaz xətti də zədələnib.
"Azəriqaz" İB-dən "Qafqazinfo" ya verilən xəbərə görə, 108 mm diametrində olan orta təzyiqli yerüstü qaz kəmərində qaz sızması qeydə alınıb.
Bu səbəbdən 300 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəza briqadası hadisə yerindədir, müvafiq prasedurlar icra edilməklə fəsadlar aradan qaldırılır.
<iframe width="670" height="350" src="//ok.ru/videoembed/2202576161386" frameborder="0" allow="autoplay" allowfullscreen="">