Xəbər lenti

Beynəlxalq Bank şəhid hərbçilərin kredit borcunu sildi
Ölkə08:06 04.05.2016

Beynəlxalq Bank şəhid hərbçilərin kredit borcunu sildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Beynəlxalq Bankı aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borcları ilə bağlı qərarını icra edib.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Bankın mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, aparılan araşdırmaların nəticələrinə əsasən, bu şəxslərdən hər hansı birinin banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb.

Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımıza rəhmət diləyir, yaralılarımızın tezliklə sağalaraq Vətənə şərəfli xidmətlərini davam etdirmələrini arzulayır.

Qayanarinfo.az