
"İnter" klubu peşəkarlaşma yolunda daha bir addım atıb.
Qaynar.info-ya verilən məlumata görə, "İnter" klubu mühafizə şirkəti ilə müqavilə bağlayıb.
Bundan sonra Bakı klubunun mühafizəsi məsələsi ilə "Qlobal Sekyuriti" (Global Security) xidməti məşğul olacaq.
Qeyd edək ki, "Qlobal Sekyuriti" 1996-cı ildən fəaliyyət göstərən "Yarasa" mühafizə şirkətinin bir xidmətidir. Bu şirkət 1999-cu ildən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında əməkdaşlıq edir.
Qaynar.info