Xəbər lenti

Beynəlxalq Bankın filial müdiri də istefa verdi
Ekonomiks12:44 22.04.2015

Beynəlxalq Bankın filial müdiri də istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət əvvəl İdarə Heyətinin sədri istefa verən Azərbaycan Beynəlxalq Bankında, indi filial müdiri istefa verib. 

“Marja”nın məlumatına görə, Bankın “Sənaye” filialının müdiri Məmməd Cahangirov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin 17.04.2015-ci il tarixli, 62 nömrəli qərarı ilə, Məmməd Cahangirov Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib və onunla bağlanmış 15 Avqust 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilib. 

“Sənaye” filialının müdiri vəzifəsinin müvəqqəti icrası “Sabunçu” filialının müdir müavini Niyaz Kərimzadəyə həvalə olunub.

Qaynar.info