Bu gün Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdü.
Qaynar.info xəbər verir ki, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul edib. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.
Bu gün münasibəti ilə dəyirmi masalar, konfranslar təşkil olunur, söz və mətbuat azadlığı sahəsindəki durum nəzərdən keçirilir, görülən və görülməsi nəzərdə tutulan işlərdən danışılır, problemlərin aradan qaldırılması yolları müəyyənləşdirilir.
Qaynar.info