Xəbər lenti

Beyni silkələnən azərbaycanlı futbolçudan xəbər var
İdman17:50 10.05.2016

Beyni silkələnən azərbaycanlı futbolçudan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

17 yaşadək futbolçulardan ibarət millimizin və "Qarabağ"ın qapıçısı Məmməd Hüseynovun Avropa çempionatının Belçika ilə matçının (1:1) 60-cı dəqiqəsində başından ciddi zədə aldığını xəbər vermişdik. Jül Vanhakke ilə mübarizə zamanı onun beyni silkələnmiş və dərhal "Modern Hospital"a aparılmışdı. Məlum olmuşdu ki, futbolçu üçün Avropa çempionatı artıq başa çatıb.

Qaynarinfo.az xəbər verir ki, yeniyetmə qapıçının durumundan son xəbər var.

Belə ki, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza açıqlamasında bildirib ki, artıq qolkiper ev şəraitində müalicə alır. İbrahimov həmçinin onu da qeyd edib ki, Məmməd Hüseynovun meydançaya qayıdışı o qədər də uzun çəkməyəcək. Belə ki, qolkiper artıq 2 həftədən sonra məşqlərdə iştirak etmək imkanı qazanacaq.

Qeyd edək ki, onun adı Avropa çempionatının sifariş ərizəsindən çıxarıldığı üçün yerinə "Qəbələ"nin qapıçısı Murad Popov daxil edilib.

Qaynarinfo.az