Xəbər lenti

“Bəzi məmurlarımız hədlərini aşırlar” - millət vəkili
Ölkə09:14 14.02.2015

“Bəzi məmurlarımız hədlərini aşırlar” - millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı dinləmələrdə millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ı terroru dəstəkləməkdə ittiham edib. Millət vəkili qeyd edib ki, ABŞ-ın bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqeyini sərgiləməsi bizi narahat edir: 
“Onlar həmişə bəyan edir ki, bizim əsas hədəfimiz terrora qarşı mübarizədir. Amma onlar terrorçu Ermənistanı müdafiə edir. Həmçinin, terrorçu PPK-nı müdafiə edirlər. Biz dünyanın bir sıra ölkələri ilə bu ikili standartlar əsasında işləməliyik, onlara qarşı olmalıyıq. Obama heç hansı ölkədən çıxıb, heç onu mən bilmirəm. Azərbaycan modern İslam ölkəsidir və bu dövlətə qarşı mübarizənin hər zaman şahidi olmuşuq: “Mən ABŞ-lı nümayəndələr ilə görüşümdə demişəm ki, ABŞ-ın son illərdə apardığı siyasət onu ölkəmizdə gözdən salır. Biz bu şəkildə danışmasaq, bizim gələcək taleyimiz daha pis ola bilər. Xalq güclü olmalıdır. Biz bunu çox da ağrı ilə qəbul etməli deyilik. Bəzi məmurlarımız hədlərini aşırlar. Tənqidlərə nəzər salmalıyıq. İlham Əliyevin apardığı siyasət birdir, məmurların isə apardığı siyasət isə başqadır. Sanki siyasəti baltalamaqdır. Onlar bundan öz mənafeləri hesabına istifadə etmək istəyirlər”.//"Qafqazinfo"
Qaynar.info