Xəbər lenti

Bəzi qan biomarkerləri insanın uzunömürlülüyünə təsir göstərir - Alimlər
Sağlamlıq 22:00 03.12.2023

Bəzi qan biomarkerləri insanın uzunömürlülüyünə təsir göstərir - Alimlər

İsveç alimləri qan parametrlərinin uzunömürlülüyün biomarkerləri olduğunu müəyyən ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

Nəşrin məlumatına görə, Karolinq Universitetinin alimləri yaşı 64-dən yuxarı olan 44 min insanın qan nümunələrini təhlil ediblər. Tədqiqat 35 il ərzində aparılıb. Nəticədə məlum olub ki, bəzi qan biomarkerləri insanın uzunömürlülüyünə təsir göstərə bilər.

Xüsusilə, yüzilliklərdə şəkər, kreatinin və sidik turşusu daha aşağı səviyyədə olub. Alimlər müəyyən ediblər ki, kreatinin böyrək funksiyasına təsir edir, şəkər və xolesterin maddələr mübadiləsinin göstəricisidir.

Uzunömürlülük üçün qan şəkərinin səviyyəsinə nəzarət etmək, bədəndən artıq sidik turşusunu çıxarmaq, bədəndə kifayət qədər dəmir səviyyəsini saxlamaq və qaraciyər fermentlərinin səviyyəsini azaltmaq lazımdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->