Xəbər lenti

Bəzi sahələrdə istilik şəbəkələrinə qoşulma qaydaları dəyişdi
Ekonomiks 09:49 06.05.2026

Bəzi sahələrdə istilik şəbəkələrinə qoşulma qaydaları dəyişdi

Sifarişçilərin tikinti obyektlərinin istilik enerjisi şəbəkəsinə qoşulması və ya əlavə enerji alması üçün texniki şərtlərin verilməsi qaydaları müəyyənləşib.

Trend-in əldə etdiyi məlumata görə, sifarişçilərin tikinti obyektlərinin şəbəkəyə qoşulması texniki şərtlər əsasında həyata keçiriləcək.

Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilməyəcək.

Tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin hazırlanması və tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən şəbəkənin qoşulma nöqtəsinədək istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) sifarişçinin öz vəsaiti hesabına, onun seçiminə uyğun olaraq paylayıcı və ya podratçı tərəfindən həyata keçiriləcək.

Yuxarıda nəzərdə tutulan işlər paylayıcı tərəfindən həyata keçirildiyi hallarda tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə ilə yanaşı, smeta sənədləri də hazırlanacaq.

Qeyd edək ki, tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə dedikdə tikinti obyektindən şəbəkəyə qoşulma nöqtəsinədək xəttin çəkilməsinə və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədləri nəzərdə tutulur.

Paylayıcıya məxsus şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxslər isə sifarişçi hesab edilir.
--> -->