Xəbər lenti

“Bibiheybət yolu” açıldı
Ekonomiks06:28 24.06.2020

“Bibiheybət yolu” açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.
Bunu APA-ya açıqlamasında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yol dünən gecədən istifadəyə verilib:
"Dünən gecə yol asfaltlandıqdan sonra istifadəyə verilib. Yoldan şəhərə giriş-çıxış tam bərpa olunub”. 
Qeyd edək ki, 2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub və yol yararsız vəziyyətə düşüb. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.