Xəbər lenti

Biləsuvar sərhəd-keçid məntəqəsi açıldı
Ölkə13:17 15.11.2013

Biləsuvar sərhəd-keçid məntəqəsi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biləsuvar sərhəd-keçid məntəqəsində Naxçıvana gedən avtonəqliyyat vasitələrinin keçidinə icazə verilib.

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, avtomobillərin buraxılışı yalnız Biləsuvar sərhəd-keçib məntəqəsində təmin olunub, Culfada isə məhdudiyyət qüvvədə qalıb.

M. Mirsultanov eyni zamanda əlavə edib ki, piyada olaraq sərhədi keçən vətəndaşlar üçün məhdudiyyət yoxdur.

Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Qaynar.info