Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satışlar mart ayının 12-də Biləsuvar rayonun Ağayrı kədində, mart ayının 13-də Saatlı rayonun Çolpı kəndində keçiriləcək, Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Biləsuvar rayonu üzrə +99450 222 07 94 (Nurəddin Quliyev Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Saatlı rayonu üzrə +99450 332 29 98 (Ağa Əsədov Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Səyyar satış məkanına yaxın ətraf kəndlərin siyahısı
Biləsuvar rayonu, Ağayrı kəndi, İcra nümayəndəliyinin binası - Səmədabad, Nərimankənd, Nəsimi, Ağayrı, Günəşli, İsmətli, Caylı və digər ətraf kəndlər
Saatlı rayonu, Nəsimikənd, Fətəlikənd, Colpi,Ortamuğan, Xanlarkənd kəndləri