Xəbər lenti

Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşdü (VİDEO)
Ölkə15:16 12.06.2022

Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Səmədabad kəndində, X. Quliyevə məxsus ərzaq mağazasında qeydə alınıb.
Belə ki, oğru mağazaya damdan daxil olaraq təxminən 1 300 manat nəğd pul və 1 700 manatlıq siqaret aparıb.
Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.
Artıq oğurluqda şübhəli bilinən şəxsi rayon polisi saxlayıb.
Faktla bağlı araşdırma aparılır.