Biləsuvar rayonunda müqəddəs Qurban Bayramı münasibətilə tədbirlər keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə, müəssisə, təşkilatların kollektivləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər bayram münasibətilə rayon əhalisini təbrik etdikdən sonra bayram duaları oxunub və qurbanlar kəsilib.
Kəsilən qurbanlar Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Çernobıl əlilləri, digər imtiyazlı ailələr, əlillər və imkansızlar olmaqla 1000 qədər ailəyə bayram sovqatı olaraq paylanılıb.
Bundan əlavə əhalinin rahat şəkildə qurbanlıq heyvanlara olan təlabatını ödəmək və qiymət artımının qarşısını almaq məqsədilə şəhərin bir neçə hissəsində kəsim yerləri təşkil edilib.
Qaynarinfo.Az




