Prezident İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət bşçısı 12 nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.