Amerikalı milyarder Bill Qeytsin batareya texnologiyalarını inkişaf etdirmək üçün qurduğu şirkəti iflas edib.
"Qaynar" a24.az-a istinadən xəbər verir ki, “Aquion” adlı şirkət uzun müddət ağıllı telefonlarda batareya sahəsini inkişaf etdirmək üçün işlər görüb. 190 milyon dollardan çox yatırım edilən şirkət ümidləri doğrulda bilməyib.
Şirkətin sözcüsü Scott Pearson bildirib ki, bu sahədə nəyəsə nail olmaq üçün daha böyük maliyyə investisiyaları ilə uzunmüddətli proqramlar hazırlamaq lazımdır. Buna isə gücümüz çatmadı.
Qaynar.Az