Xəbər lenti

Video 21:32 14.06.2026

"Binanın lifti sakinlərin istifadəsinə verilmir" (VİDEO)

Binada olan liftin biri sakinlərin istifadəsinə verilmir.

Bu iddia ilə Xətai rayonu ərazisində yerləşən və "İnter" MMC-yə məxsus olduğu bildirilən yaşayış binasının sakinləri çıxış ediblər.

Onların sözlərinə görə, üç liftdən biri yalnız müəyyən mərtəbələrə - 1, 2, 3, 4, 21, 22 və 23-cü mərtəbələrə xidmət göstərir.

Sakinlər bildirirlər ki, premium yaşayış kompleksi kimi təqdim olunan binada liftlərin keyfiyyəti və istifadəsi ilə bağlı ciddi narazılıqlar var. Bundan əlavə, zibil qablarının giriş qapılarının yaxınlığında yerləşdirilməsi də sakinlərin narahatlığına səbəb olur.

Sakinlərin sözlərinə görə, istifadədə olan digər liftlərdə də tez-tez texniki nasazlıqlar yaranır.

Məsələ ilə bağlı şirkətin əməkdaşı olan İlqar adlı şəxs "Xəzər Xəbər"ə bildirib ki, sözügedən liftdə təmir işlərinə başlanılıb.

Qeyd edək ki, çəkiliş apardığımız vaxt zibil qabları üçün də ayrıca yer düzəldilirdi.

--> -->