
23:59
Anspress-in verdiyi son məlumata görə, yanğın söndürülüb və Ticarət Mərkəzinə heç bir ziyan dəyməyib.
22:24
Bu dəqiqələrdə Binə Ticarət mərkəzində yanğın baş verib.
Hadisə yerində olan şahidlərdən birinin Ans Press-ə verdiyi məlumata görə, yanğın elektrik malları mağazasında baş verib.
Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.
Şahidin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan FHN-nin Yanğından Mühafizə Xidməti yanğının qarşısını almağa çalışır.
Qaynar.info