Xəbər lenti

Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Ölkə 19:36 05.03.2025

Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz.


Xatırladaq kiBinəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.


Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. İlknur Əliyeva bir müddət sonra ev dustaqlığına buraxılıb.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->