Xəbər lenti

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi
Ekonomiks07:46 17.10.2023

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilib.
Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Qafqaz Rafiqoğlu