Xəbər lenti

Binəqədidə yeni təmir olunan bağça niyə istifadəyə verilmir? (VİDEO)
Video 14:20 01.11.2025

Binəqədidə yeni təmir olunan bağça niyə istifadəyə verilmir? (VİDEO)

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 328 saylı uşaq bağçası bir müddət əvvəl yüksək səviyyədə təmir olunub.

Amma buna baxmayaraq, uşaq bağçası hələ də istifadə olunmur və bu da sakinlərin narazılığına səbəb olub.

Sakinlər bildirirlər ki, təmirin bir aydır bitməsinə baxmayaraq, bağça hələ də fəaliyyətə başlamayıb.

"Ərazisi çox qəşəngdir. Bir aydır təmiri bitib. Amma hələ açılmayıb. Uşaqları başqa yerlərdə olan bağçalara aparırıq. Çox gözəl, səliqəli tikiblər. Şəraiti də gözəldir", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən qeyd olunub ki, 328 nömrəli uşaq bağçasında tikinti və təmir-bərpa işləri yekunlaşıb. Hazırda son tamamlama işləri aparılır və bağçanın qısa müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Ətraflı Baku TV-nin videomaterialında:


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->