Xəbər lenti

Bir ailənin beş üzvü zəhərləndi - Tərtərdə
Ölkə10:05 27.05.2016

Bir ailənin beş üzvü zəhərləndi - Tərtərdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərtər rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Tərtər rayonunda məskunlaşan Ağdam sakinləri, 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, onun ailə üzvləri - 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin yaxınları APA-ya ailə üzvlərinin hamısının bu gün həyətdə yetişən gilas yediklərini və bundan sonra zəhərləndiklərini bildiriblər.

Məlumata görə, aprelin 27-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən dördü Bayramovlar ailəsinin məskunlaşdığı evin həyətinə düşüb.

Qaynarinfo.az