Xəbər lenti

Bir bəyanat nefti bahalaşdırdı
Ekonomiks19:14 09.04.2015

Bir bəyanat nefti bahalaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı neft nazirliyinin son bəyanatından sonra neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.

Anspress xəbər verir ki, aprelin 9-na axşam saatlarına olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 1,85% bahalaşaraq 56,86 dollar təşkil edib.

WTI markalı neftin bir barrelinin qiyməti isə 1,11% bahalaşaraq 50,94 dollar olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının neft nazirinin müşaviri Əli əl-Naimi İbrahim al-Muhanna bildirib ki, dünya bazarlarında neftin qiymətinin düşməsi müvəqqətidir.

"Mən neftin qiymətinin bahalaşacağı barədə optimistəm. Hazırda dünyada siyasi, iqtisadi və energetika sahəsində hökm sürən müvəqqəti xarakter daşıyır", - deyə müşavir bildirib.

Qaynar.info