Xəbər lenti

Bir güləşçimiz finalda, digəri bürünc medal üçün yarışacaq
İdman19:05 10.03.2022

Bir güləşçimiz finalda, digəri bürünc medal üçün yarışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Qaynarinfo xəbər verri ki, yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib - 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən rəqib qələbə qazanıb. Gültəkin bürünc medal uğrunda rumıniyalı Beatriçe Ferentlə güləşəcək.
Jalə Əliyeva (62 kq) 1/4 finalda Fransanın digər təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Jalənin finaldakı rəqibi serbiyalı Anna Fabian olacaq. 
Birgül Soltanova (65 kq) 1/4 finalda estoniyalı Viktoriya Vessoyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub - 7:8.
Medal qarşılaşmaları martın 11-də keçiriləcək.
Səbuhi Həsənov