Xəbər lenti

Bir ildə Azərbaycanda cəzalandırılan polislərin sayı açıqlandı
Ölkə16:34 09.03.2022

Bir ildə Azərbaycanda cəzalandırılan polislərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il daxili işlər orqanlarında aşkarlanan 258 fakt üzrə 343 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, onlardan 105-i xidmətdən xaric olunub, 67-si tutduğu vəzifədən azad edilib, 171-i barədə isə digər tənbeh tədbirləri görülüb.