Xəbər lenti

Bir ilə Azərbaycanda 15 yaşı olmamış 5 min qız ərə gedib - ŞOK FAKTLAR
Ölkə08:29 29.01.2014

Bir ilə Azərbaycanda 15 yaşı olmamış 5 min qız ərə gedib - ŞOK FAKTLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“UNİSEF-in araşdırmasına əsasən Azərbaycanda 1 il ərzində təxminən 5 min 15 yaşadək qız ərə gedib.

Bu faktı "Sexual abuse of children" (uşaqların cinsəl sui-istifadəsi) adlandıran və bununla bağlı şərh istəyən Avropalı deputata bizim hökumət deyib ki, bu uşaqların sui-istifadəsi deyil, çünki onlar ailə həyatı qurublar!!?

Qaynar.info xəbər verir ki, UNİSEF-in hesabatını öz facebook profilində tanınmış hüquqşünas Rəşid Hacılı paylaşıb: “Hökumət əlavə edib ki, bu, Bakıdan uzaq kənd rayonlarında baş verir və hökumət bunun qarşısını ala bilmir. Nikah yaşını 18 yaş müəyyən edən və azyaşlıların cinsəl hüuqlarının pozulmasını cinayət sayan hökumət avropalı deputata etiraf edib ki, onun qanunlarına Bakıdan o tərəfdə əməl etmirlər.

Həm də bəlli olub ki, "Sexual abuse of children" (uşaqların cinsəl haqlarının pozulması) deyəndə bizim hökumət rəsmilərimiz bunu "uşaqların cinsəl istismarı" kimi anlayırmış”.

Qaynar.info