Cənubi Kiprdə hakimlər və Futbol Federasiyası çətin duruma düşüb.
Qaynarinfo xəbər verir ki, yaxın keçmişdə futbol hakimlərinə hücumların, hədələmələrin yaşandığı ölkədə bunlara hələ də son qoyulmayıb. Belə hadisələrdən biri də Kipr çempionatının 9-cu turu çərçivəsində baş tutan "Aris" (Limassol) və AEK (Larnaka) arasında keçirilən qarşılaşmadan sonra yaşanıb. Matç ərzində 3 qırmızı vərəqə göstərən baş hakim Lukas Soteriu ölkənin gündəminə gəlmişdi. Bu addımına görə tərəfdarlar baş hakim və onun ailəsini ölümlə hədələyib. Soteriunun evinin önündəki divarlara təhdid dolu yazılar yazılıb və eyni zamanda avtomobilinə də böyük ziyan vurulub.
Bununla yanaşı Kipr Futbol Federasiyasının və Hakimlər Birliyinin də binası hücuma məruz qalıb. Bu səbəbdən çempionatda əcnəbi hakimlərin idarəçilik etməsi gündəmə gəlib.
2020-ci il yanvarında Cənubi Kiprdə hakimlik edən rusiyalı Andreas Konstantinosun avtomobilinə bomba qoyulmuşdu. Bu hadisə bütün dünyada əks-sədaya səbəb olmuşdu.
Səbuhi Həsənov