Xəbər lenti

Bir qardaşı öldürdü, birini isə yaraladı - FOTOLAR
Ölkə13:17 16.01.2015

Bir qardaşı öldürdü, birini isə yaraladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yol qarşıdurmasına görə bir qardaşı öldürən, diqərini yaralayan şəxs 14 il cəza alıb.  

Qaynar.info xəbər evrir ki, Bakı Ağır cinayətlər məhkəməsində Şamaxı rayon sakini Elvin Mikayılovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 

29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb. 

İbtidai istintaq materiallarına əsasən, 2013-cü il axqustun 31-nə keçən gecə saat 1 radələrində Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus-42 ünvanda "Kral" marketin qarşısında 32 yaşlı Yaşar Dəryahquliyev və onun 29 yaşlı qardaşı Vüqar bıçaqlanıblar. Onlar  Respublika kliniki xəstəxanasına çatdırılsalar da Yaşar dünyasını dəyişib, Vüqarın həyatı isə xilas edilib. 

Hadısiənin səhərisi günü cinayəti törətməkdə şübhəli bilinən Elvin Mikayılov və Valeh Əsədullayev Binəqədi RPİ 4-cü polis bölməsinə gələrək, təslim olublar. 

İstintaqla müəyyən edilib ki, cinayət yolda maşınlardan birinin digərini sıxması üstündə baş verib. Bu səbəbdən Dəryahquliyev qardaşları ilə onların arasında mübahisə başlayıb, idarə etdiyi "VAZ 2121" markalı avtomobilin salonundan bıçaq götürən Mikayılov çölə çıxıb, əvvəlcə Yaşarın boğaz hahiyyəsinə, Vüqarın isə böyrünə zərbələr vurub. Sonra maşına əyləşərək Ağsu rayonuna gediblər, səhərisi gün evə zəng vurduqda onlara bildiriblər ku, hadisə zamanı yaralanan şəxslərdən biri ölüb. 

İlkin olaraq faktla bağlı Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, sonradan isə Elvin Mikayılova yeni məzmunda ittiham irəli sürülüb. İstintaqın gedişatında o cinayət məsuliyyətinə tək cəlb olunub.

Məhkəmə prosesində E.Mikayılov ittiham üzrə özünü qismən təqsirli bilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Qaynar.info