Xəbər lenti

Birdəfəlik ödəməni almaq üçün evdən icazəsiz çıxmayın
Ölkə18:20 20.04.2020

Birdəfəlik ödəməni almaq üçün evdən icazəsiz çıxmayın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat) vəsaiti köçürülərkən onlara bu barədə SMS göndərilir.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almalıdırlar:
"Mesajda "Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər. Birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir".