Xəbər lenti

Birgül Soltanova bürünc medal uğrunda güləşəcək
İdman14:53 19.08.2021

Birgül Soltanova bürünc medal uğrunda güləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub. Təmsilçilərimizdən Elnurə Məmmədova təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub. Yarışa 1/4 finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisiylə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Hindistan güləşçisi ilə qarşılaşan Birgül 5:0 hesabıyla öndə olsa da, yekunda üstünlüyü əldən verib və ümidini bürünc medala bağlamaq məcburiyyətində qalıb. 
İlk görüşündə Macarıstan idmançısına "tuşe" ilə qalib gələn Nigar Mirzəzadə isə 1/4 finalda Rumıniya təmsilçisinə uduzub.
Medal qarşılaşmaları avqustun 20-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 
Səbuhi Həsənov