Xəbər lenti

Birjalarda həyəcan: neftin qiyməti durmadan artır
Ekonomiks16:41 28.09.2018

Birjalarda həyəcan: neftin qiyməti durmadan artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında neft bahalaşmaqda davam edir. 
Oxu.Az xəbər verir ki, ABŞ-ın İrana qarşı sanksiyalarının tezliklə qüvvəyə minəcəyi ilə bağlı narahatlıq bazara təsirsiz ötüşməyib. 
Belə ki, London birjasında "Brent” markalı neftin noyabr fyüçerslərinin qiyməti 0,92 dollar artaraq 82,62 dollara (bir barelin qiyməti) çatıb. 
Nyu-York birjasında isə WTI markalı neftin qiyməti 0,85 dollar artaraq 72,97 dollara yüksəlib.