Yaponiyada "Zaif" adlı kripto pul birjasında pulsuz "Bitcoin" satılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 16 fevral tarixində baş verən hadisədə 18 dəqiqə ərzində 0 məbləğlə "Bitcoin" alan şəxslər olub və onlardan yalnız 1 nəfər aldığı kripto pulu birjadan götürüb. Digər şəxslərin ödənişsiz kripto valyutaları geri götürülüb.
Şirkət məsələ ilə bağlı açıqlama verərək yanlışın yenidən təkrarlanmaması üçün sistemin inkişafı istiqamətindən addımlar atacağını bildirib.
Gülşən