Xəbər lenti

Biz nədən devalvasiyaya getdik?
Ölkə13:44 05.05.2015

Biz nədən devalvasiyaya getdik?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkə iqtisadiyyatı sərt tədbirlərə davam gətirmir.

Prezident Ilham Əliyev Bakıda keçirilən Asiya Inkişaf Bankı Rəhbərlər Şurasının 48-ci Illik toplantısında çıxışında qurumla  səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib. Manatın vəziyyətindən danışan dövlət başçısı  milli valyutamızın gücündən də bəhs edib: “Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq”.

İqtisadçı-ekspert Məhəmməd Talıblının qənaətincə,  hökumət qurumları ölkə iqtisadiyyatında ixracı stimullaşdırmaq üçün devalvasiya qərarı verib. 

 Ekspertə görə ölkənin ixracat imkanının genişləndirilməsi, xüsusilə də qeyri-neft ixracatının həcminin artırılması bir hədəf olaraq qeyd olunub:“Həmin müddətdən sonra ölkənin ixracat imkanları artmayıb,  xarici ticarət dövriyyəsində izalmalar qeydə alınıb və bu qərar ölkənin biznes qurumlarının gəlirlərinə  əhəmiyyətli dərəcədə təsir göstərib.  Ölkədə ən azı iqtisadi durğunluq hökm sürür.  Islehlak bazarı və daşınmaz əmlak bazarı, istərsə də mal-xidmətlər, bank, maliyyə  bazarında vəziyyət oxşardır. Manatın güclü olmasıyla o vaxt razılaşmaq olardı ki,  devalvasiyadan sonra ölkə iqtisadiyyatı  güclənəydi, iqtisadi canlanma və dinamizm müşahidə olunaydı. Bu sahədə əksinə  şərait baş verdi və  ölkə qeyri-müəyyənliyə düçar oldu.  Milli valyutanın güclü olduğu iqtisadiyyatda bu proses manatın dəyərinin daha da güclənməsinə gətirib çıxarmalıydı.  Iqtisadiyyatda sərt tədbirlərə davam gətirməməyimiz devalvasiyadan sonra baş verib. Neft sektorundan kənarda qeyri-neft sektorunun belə kövrək olduğu meydana çıxdı.  Hazırkı  vəziyyət manatın  güclü olması fonunda devalvasiyanın həyata keçirilməsiylə bağlı arqumentləri ciddiyə almır”. //Azadliq.info

Qaynar.info