Xəbər lenti

Biz niyə Ərdəbildə hotel tikməliyik?
Ölkə06:52 20.10.2016

Biz niyə Ərdəbildə hotel tikməliyik?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Təbriz və Ərdəbil bizə Gəncə və Şəki qədər əlçatan olmalıdır".

Qaynarinfo.Az xəbər verir ki bu sözləri politoloq Elxan Şahinoğlu Ərdəbil valisi Məcid Xudabəxşin Azərbaycana Ərdəbildə 5 ulduzlu otel tikmək təklifinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş Azərbaycana Ərdəbildə beşulduzlu otel tikməyi təklif edib: " Ərdəbildə ancaq dörüldüzlü otel var. Vali deyib ki, il ərzində Ərdəbil vilayətinə 4-5 milyon insan gəlir, Azərbaycandan isə Ərdəbilə gündə təxminən 500 nəfər gəlir. Yaxşı təklifdir. Azərbaycanın pul yatırdığı xeyli ölkə və şirkət var,  qonşu Rusiya və Türkiyədə xeyli daşınmaz əmlak alınıb. Əlbəttə, İranla münasibətlərdə suallarımızın sayı az deyil, Terhan-İrəvan əlaqələri də bizi narahat edir".

Elxan Şahinoğlu qeyd edib ki, söhbət Cənubi Azərbaycan vilayətlərindən və şəhərlərindən gedir: "Azərbaycanın cənubunu şimala daha yaxın olmasını istəyiriksə bunun yolu investisiyalardan, ortaq layihələrdən, birgə müəssisələrin yaradılmasından, otellərin inşaatından və qarşılıqlı turizm imkanlarının artmasından keçir. Kobud desək şimallı cənubda, cənublu isə şimalda pul qazanmalı və bu prosesə kifayət qədər insanı cəlb etməlidir. Təbriz və Ərdəbil bizə Gəncə və Şəki qədər əlçatan olmalı, eyni ilə güneylilər də Azərbaycanın şimalında özlərini tam rahat hiss etməli, içərilərində maliyyə imkanı olanlara isə burada bizneslərini artırmaq şəraiti yaradılmalıdır. Bundan sonra Azərbaycanı iki hissəyə bölən Araz çayı bizi bir o qədər ayırmayacaq, növbədə tikintisi bitməkdə olan körpü və dəmiryolu gəlir".

Qafqaz Rafioğlu

Qaynarinfo.Az