
Səni sevməyi kimsə öyrətmədi. Sevməyi öyrətməzlər. Ağılım kəsəndən, adam olduğumu dərk edəndən səni sevdiyimi hiss etdim.
Sənəedilən haqsızlıqlar məni dünyaya gətirən qadına edilən haqsızlıq qədərməni parçaladı. Ona da sevgimi etiraf edə bilmədim heç...Elə hey nəsəetmək istədim, nəsə, nəsə istədim... Heç birinizə sevgimi ürəyim dolusubildirə bilmədim, nə etdimsə, az gəldi mənə.
Sevgisirdir, İlahi sirr... Niyə adın çəkiləndə gözlərim dolur, niyə Səninsevgini hər kəslə yox, ən doğma, ən yaxın bildiyim, ən çox sevdiyimləbölüşə bilirəm... Niyə Səni hamıya qısqanıram, bilmirəm.
Adın çəkiləndə gözlərimdən od çıxır.
Yazdıqlarım, dediklərim hiss etdiklərimin zərrəsidir.
Mənibağışla, Sənin uğrunda ancaq yaşaya bilirəm, üzülə bilirəm, ağlayabilirəm, bir də özümə düşən nə varsa, onu edə bilirəm, daha çoxunudüşünə-düşünə, istəyə-istəyə...
Qızın bəxtianasına çəkər, - deyirlər, mən də Sənə çəkdim, Vətən... Bizi sevənkişilər bizi bizsiz sevdilər, amma adamın Allahı var, sevdilər...Cəsarətləri, vicdanları, ürəkləri... ancaq əlləri uzalı qaldı, əlimizuzalı qaldı. Çünki onlarla bizim aramıza namərdlər, vicdansızlar,şərəfsizlər girdilər. Bizə layiq olanlar bizim ola bilmədi...Bacarmadılar, bacara bilmədilər. Ancaq biz ümidimizi yemədik, bizi sevənkişilər hələ-hələ yolundan dönən deyil, deyilmi?
Hələson deyil, ancaq. Son mütləq biz istəyən kimi olmalıdır, mütləq! Bizəbizim AZADLIĞIMIZI boğanlar yox, bizimlə azad olanlar qalacaq!
Səni sevirəm, Səni sevəni sevirəm, hələ ki inanıram, xoşbəxt olacağımız, bəxtimizin üzümüzə güləcəyi günə inanıram, Vətən!