Xəbər lenti

Bizim əsgər girov erməni uşağın başını sığallayır, ermənilər isə...
Ölkə09:16 13.11.2020

Bizim əsgər girov erməni uşağın başını sığallayır, ermənilər isə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənilər vəhşi və terrorçudurlar, onlar üçün heç bir dəyər yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli ermənilərin  Kəlbəcərdən çıxarkən evləri, meşələri yandırması ilə bağlı videogörüntüyə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, Kəlbəcər və Laçında erməni yaşamır:
"Onlar Ermənistandan və dünyanın bir çox yerlərindən həvəsləndirib gətirdikləri ermənilərdir. İndi də oradan çıxarılır. Bunun da əvəzində meşələri, evləri yandırırlar. Terrorçudurlar, onlar üçün heç bir dəyər yoxdur. Onlar fikirləşməli idilər ki, ora niyə gəliblər? Bura onların deyil, rədd olub getməli idilər. Necə ki, indi də rədd olub gedirlər”.
 
Emin Həsənli qeyd edib ki, Azərbaycan dövləti orada yeni evlər tikəcək:
"İnfrastruktur salınacaq, məktəblər, xəstəxanalar, bağcalar tikiləcək. Bir-birindən gözəl olacaq, bütün Qarabağ abadlaşacaq. Qarabağın hər qarışında Azərbaycan qanı var, bütün bölgələrdə vətəndaşlarımız vuruşub. Bu ayın sonuna kimi onlar rədd olub gedəcəklər. Ermənilər vəhşidir, onların işi ancaq yandırmaq, qırmaq və dağıtmaqdır. Azərbaycan isə qurucu və yaradıcı bir dövlətdir. Xocalı ilə son hadisələri müqayisə edin. Bizim əsgər onların girov düşən uşağının başını sığallayır, ermənilər isə bizim uşaqları öldürür, dərsini soyurdular. Uşaq qatilləri. Xocalıda uşaqları öldürürdülər. Onlar Xocalıda azərbaycanlıları qırdılar, amma biz nə etdik? Azərbaycan ordusu onlara imkan verir ki, çıxıb getsin”.
Ekspert qeyd edib ki, Azərbaycan ordusundan həm qəhrəmanlığı, həm peşəkarlığı, həm də insanpərvərliyi öyrənmək lazımdır:
"Kişilik, mərdlik, müharibə qanunları hamısı Azərbaycan əsgərində cəmləşib”.
Qeyd edək ki, ermənilər Kəlbəcərdən çıxarkən evləri və meşələri yandırırlar. Bununla da ermənilər Azərbycanın işğal altında olan torpaqlarında vandalizm əməlləri törətdiklərini özləri bir daha sübut ediblər.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 15 noyabra qədər Kəlcəbəri tərk etməlidir.
Bahar Rüstəmli