Xəbər lenti

Bizim legionerlər nə ilə yadda qaldılar?
İdman11:35 30.05.2016

Bizim legionerlər nə ilə yadda qaldılar?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa və digər qitələrdə bir neçə yoldaşlıq oyunları keçirilib.

Qaynarinfo.az xəbər verir ki, bu oyunlarda bizim klublarda çıxış edən legionerlərin bəziləri də meydana çıxıb.

Avstriyada keçirilən Slovakiya - Gürcüstan oyununda Avropa çempionatının (AÇ) debütantı qalib olub - 3:1. Bu oyunda "İnter"də qalıb-qalmayacağı sual altında olan Nika Kvekveskiri 90 dəqiqə meydanda olub. "İnter"in sabiq müdafiəçiləri - Georgi Navalovski 65, Aleksandr Amisulaşvili isə 45 dəqiqə oynayıb. Gürcüstan millisi növbəti matçını iyunun 3-də Buxarestdə AÇ-nin digər iştirakçısı Rumıniyaya qarşı keçirəcək.

Xorvatiyada keçirilən görüşdə də sensasiya baş verməyib. Bizim seçmə qrupda mübarizə aparmış Xorvatiya Moldovanı 1:0 hesabı ilə məğlub edib. AZAL-ın qapıçısı Stanislav Namaşko ehtiyatda qalıb. Moldova millisinin növbəti oyunu iyunun 3-də AÇ-nin digər iştirakçısı İsveçrə ilə olacaq.

Son turda Salvador yığmasının düşərgəsinə yollandığı üçün Azərbaycanda 14 qolla bombardirliyi əldən verən "Zirə"nin hücumçusu Nelson Bonilya yenə qol vurub. O, ABŞ-da Peru ilə keçirilən görüşün 81-ci dəqiqəsində başla qol vursa da, komandası özündən güclü rəqibinə 1:3 hesabı ilə uduzub. Salvador millisi iyunun 1-də ABŞ-da ermənilərlə yoldaşlıq oyunu keçirəcək.

AÇ-nin debütantlarından olan Albaniya millisi Avstriyada Qətərlə görüşüb. Albanlar uduzduqları görüşdə qalib gəliblər - 3:1. "Qarabağ"ın sol cinah müdafiəçisi Ansi Aqolli 66-cı dəqiqədə "Bazel"in futbolçusu Naser Aliyini əvəzləyərək meydana daxil olub. Albaniya millisi iyunun 3-də İtaliyanın Berqamo şəhərində AÇ-nin digər iştirakçısı Ukrayna ilə gücünü sınayacaq.

Bosniya və Herseqovina millisi İsveçrədə AÇ-nin favoritlərindən sayılan İspaniya ilə görüşüb və 1:3 hesabı ilə uduzub. "Qarabağ"ın qapıçısı İbrahim Şexiç ehtiyatda qalıb. Onun komandası iyunun 3-də Yaponiyada keçirilən "Kirin Kuboku"nda Danimarka ilə görüşəcək.

Qaynarinfo.az