Xəbər lenti

“Bizim Market"dən mühasibin “Noutbuk"u oğurlandı - 13 min manat tələb etdi
Ekonomiks11:25 12.10.2022

“Bizim Market"dən mühasibin “Noutbuk"u oğurlandı - 13 min manat tələb etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bizim Market"in Bakı şəhəri Binəqədi rayonu, S.Bəhlulzadə 50 ünvanında yerləşən mağazasında mühasibin çantası oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycanda mühasib vəzifəsində çalışan Türkiyə vətəndaşı Gülnarə Zəfərova (ad şərtidir) iddia edib ki, "Bizim Market"in qapısında mühafizəçi-nəzarətçi ona əlində olan əşyaları saxlanca qoymağı tapşırıb. 
Gülnarə Zəfərova da əlində olan 450 manata aldığı "Guard" markalı sənəd çantası, iş proqramları yüklənmiş və bütün mühasiblik fəaliyyəti yaddaşında olan 2018-ci ildə 750 manata aldığı "Noutbuk", mühasib kimi xidmət etdiyi bir neçə şirkətin maliyyə-hesabat sənədləri, həmin şirkətlərin ona verdikləri etibarnamələr, müqavilələr, 2 ədəd bank çek kitabçası, içərisində mühasibi olduğu MMC-yə məxsus, MMC-nin direktorunun gömrük əməliyyatı aparmaq üçün verdiyi 1330 AZN olan pul zərfini adını bilmədiyi, üzdən tanıdığı cavan xanıma verib. 
Həmin şəxs də çantanı özünün dayandığı yerdə divara bərkidilmiş, üstündə ağ metaldan kilid yerləri olan, lakin kilidlənməyən saxlanc yerlərindən birinə qoyub. Təxminən 40 dəqiqədən sonra qayıtdıqda əməkdaş onun çantasını bir oğlana verdiyini bildirib. Gülnarə Zəfərova ondan çantanı nəyə görə başqasına verdiyini soruşanda, həmin şəxs çaşdığını deyib. 
Gülnarə Zəfərovanın sözlərinə görə, 2 il müddətində haqqını tələb etmək üçün dəfələrlə Binəqədi RPİ, Binəqədi Prokurorluğu, digər dövlət orqanları və "Bizim Market”ə müraciət edib. Şkiyatəçi iddiasında bildirib ki, nizamnamə kapitalı 7 milyondan çox, dövriyyəsi 100 milyon manata çatan bir mağaza şəbəkəsinin dəymiş cüzi zərər məbləğini bu illər ərzində ödəməməsi qanunlara hörmət etməmək və hegemonluğun nəticəsidir. Dövlət qurumları isə belə böyük şirkətə himayədarlıq edərək məsuliyyətdən yayınmasına şərait yaradır. Buna görə də o məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat maddi zərər, 10000 manat mənəvi zərər olmaqla, cəmi 13000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin məsul şəxslərinin səhlənkarlığı üzündən baş vermiş cinayət hadisəsi ilə əlaqədar xüsusi qərardad çıxarılaraq Baş prokurorluğa göndərilməsini xahiş edib.
"Bizim Market"in işçisi izahatında bildirib ki, o, mağazanın ekspress kassasına baxır. Ekpsress kassadan əlavə ona tapşırıq verilib ki, mağazaya gələn müştərilərin əllərində olan əşyaları təhvil alaraq dolablara qoysun və əşyalara nəzarət etsin. Müştərilər əşyalarını ona təhvil verdikdən sonra o qeyd olunan əşyaları dolablara qoyub. Saat təxminən 15 radələrində sonradan adını Gülnarə kimi bildiyi xanım müştəri mağazaya daxil olaraq ona yaxınlaşıb çantasını vermiş və o təhvil alaraq yadında qalmadığı dolaba qoyaraq xanıma nömrəsini deyib. Bir qədər sonra onu digər işçi əvəz edib. O, həmin vaxt su içməyə gedib. Yenidən iş masasına qayıtdıqda görüb ki, bir neçə şəxs nəsə axtarırlar. O həmin şəxslərdən nəyi axtardıqlarını soruşduqda Gülnarə xanım bildirib ki, çantasını axtarır. Onlar həmin xanımla təhlükəsizlik kameralarına baxdıqda müəyyən edib ki, bir nəfər cavan oğlan ona yaxınlaşıb və o, xanımın çantasını həmin şəxsə verib.
Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlqar Həmidov 2021-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlayıb. 
Xətai rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, "Bizim Market" MMC-dən dəymiş maddi zərərə görə 319 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumunun 6,45 manatı olmaqla, cəmi 625,45 (altı yüz iyirmi beş manat 45 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı verilsin.
Əhməd