Xəbər lenti

Blatterdən səmimi etiraf: DÇ-nin keçirilməsi üçün Qətərin seçilməsi səhv idi...
İdman07:34 09.11.2022

Blatterdən səmimi etiraf: DÇ-nin keçirilməsi üçün Qətərin seçilməsi səhv idi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Zepp Blatter etiraf edib ki, 2022-ci il Dünya Çempionatına ev sahibliyi etmək üçün Qətərin seçilməsi səhv olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sports” "Tages-Anzeiger”ə istinadən yazıb.
"Qətəri seçmək səhv idi. Bu, çox kiçik dövlətdir. Futbol və dünya çempionatı onların boyundan çox böyükdür", - Blatter deyib.
Blatter əlavə edib ki, o vaxt, demək olar ki, 2018-ci ildə dünya çempionatının Rusiyada, 2022-ci ildə isə ABŞ-da keçirilməsi razılaşdırılmışdı.
"Əgər iki siyasi rəqib bir-birinin ardınca Dünya Çempionatına ev sahibliyi etsəydi, bu, sülh jesti olardı", - keçmiş futbol funksioneri deyib.
Blatter həmçinin 2022-ci il dünya çempionatına ev sahibliyi etmək üçün Qətərin seçilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
"Mən yalnız bir daha təkrar edə bilərəm: Qətər seçimi səhv idi və mən o vaxt prezident kimi buna görə cavabdeh idim. İndi Dünya Kuboku yaxınlaşdığına görə şadam ki, bir neçə istisna olmaqla, heç bir futbolçu onu boykot etmir”, - deyə Blatter yekunlaşdırıb.
Qətərdəki dünya çempionatı 20 noyabr 2022-ci ildə başlayacaq.
Qeyd edək ki, bundan əvvəl İsveçrə məhkəməsi Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platiniyə qarşı korrupsiya ittihamları ilə bağlı bəraət verib. 
Nizami Bağırov