Xəbər lenti

Bölgələrdə marşrut xətləri üzrə avtobusların yenilənməsinə start verildi
Ekonomiks13:11 24.10.2018

Bölgələrdə marşrut xətləri üzrə avtobusların yenilənməsinə start verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bölgələrdə müntəzəm marşrut xətləri üzrə avtobusların yenilənməsi prosesinə start verilib.
Qaynarinfo Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, agentliyin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.
Belə ki, Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir.
Qeyd edək ki, oktyabrın 25-dən həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.